AZ

FT: ABŞ Almaniyada uzaqmənzilli silah yerləşdirmə qərarını yenidən nəzərdən keçirəcək

ABŞ Almaniyadakı hərbi kontingentin azaldılması planı çərçivəsində bu ölkədə uzaqmənzilli silahlarla təchiz olunmuş batalyonun yerləşdirilməsi qərarını yenidən nəzərdən keçirəcək.

Bu barədə Financial Times Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, qoşunların ixtisarı “Tomahawk” raketləri də daxil olmaqla uzaqmənzilli silahların yerləşdirilməsi planını sual altına alır.

Qeyd olunur ki, Vaşinqton bu qərardan imtina edə bilər.

Seçilən
33
2
apa.az

5Mənbələr