AZ

İsrail ordusu Livanın cənubundakı 12 yaşayış məntəqəsinə xəbərdarlıq etdi

BAKI, 3 may. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı 12 şəhər və kəndə zərbələr endiriləcəyi ilə bağlı yeni xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, İsrail hərbçiləri həmin məntəqələrin sakinlərindən dərhal evlərini tərk etməyi tələb ediblər.

Ordunun təlimatına əsasən, sakinlər yaşayış məntəqələrindən ən azı 1000 metr məsafədəki açıq ərazilərə köçməlidirlər. Rəsmi açıqlamada əməliyyatların "Hizbullah" qruplaşmasının hərbi infrastrukturuna qarşı yönəldiyi bildirilib.

Hazırda regionda gərginlik davam edir.

Seçilən
41
50
teleqraf.com

10Mənbələr