Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir.
Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib.
O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.
Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir.
Vüqar Bayramov bildirib ki, paytaxtda bu il də söküntü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.