AZ

Messinin komandası üç top fərqi ilə öndə olduğu matçda uduzdu

MLS müntəzəm çempionatının növbəti oyununda "İnter Mayami" və "Orlando Siti" komandaları qarşılaşıblar.
 
Moderator.az xəbər verir ki, Mayamidəki "Nu Stedium"da keçirilən görüş qonaqların 3:4 hesablı qələbəsi ilə başa çatıb.
 
Oyunun ilk hissəsində meydan sahibləri üç qol vursalar da, qonaqlar dörd dəfə fərqlənərək matçdan qalib ayrılıblar.
 
Qeyd edək ki, "İnter Mayami"dən Lionel Messi Luis Suaresin ötürməsi ilə matçda rəqib qapısından top keçirib.
 
Nəticədə "İnter Mayami"nin doqquz oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb. Komanda hazırda 19 xalla Şərq Konfransında 2-ci yerdədir.
Seçilən
9
50
moderator.az

10Mənbələr