AZ

Zidanın oğlu DÇ-2026-nı buraxacaq?

Fransa futbolunun əfsanəsi Zinəddin Zidanın oğlu, “Qranada”nın qapıçısı Lukas Zidan bazar günü İspaniya ikinci divizionunda “Almeriya”ya qarşı keçirilən matçda (2:4) üz nahiyəsindən ciddi zədə alıb.

Publika.az xəbər verir ki, 27 yaşlı qapıçı “Almeriya”nın hücumçusu Talislə toqquşmadan sonra meydandan kənarlaşdırılıb. Toqquşma nəticəsində əvvəlcə beyin silkələnməsi baş verib. Daha sonra Zidanın çənə sümüyünün sınığı aşkar edilib.

Futbolçu əməliyyatı uğurla keçirdiyini sosial media hesabında açıqlayıb.

Seçilən
17
6
publika.az

7Mənbələr