AZ

Kiyevdən uğurlu əməliyyat

Ukrayna ordusu Rusiyanın "kölgə neft donanması"na qarşı növbəti hərbi əməliyyat keçirib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.

Məlumata görə, Novorossiysk limanının giriş akvatoriyasında Rusiyaya məxsus iki tanker vurularaq sıradan çıxarılıb. Dövlət başçısı bu gəmilərin neft daşınmasında aktiv istifadə edildiyini, lakin aparılan əməliyyat nəticəsində artıq fəaliyyət göstərə bilməyəcəklərini vurğulayıb.

V. Zelenski uğurlu əməliyyata görə Baş Qərargah rəisi Andriy Qnatova, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyat bölmələrinə və Hərbi Dəniz Qüvvələrinə minnətdarlığını bildirib.

Seçilən
30
13
publika.az

10Mənbələr