AZ

İrandan ABŞ-yə 14 bəndlik TƏKLİF 

İran tərəfindən ABŞ-yə təqdim edilən 14 maddəlik yeni təşəbbüsün bəzi detalları açıqlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, sənəd Pakistan vasitəsilə Vaşinqtona çatdırılıb və əsas məqsəd hərbi qarşıdurmanın tam şəkildə dayandırılmasıdır.

ABŞ tərəfinin daha əvvəl irəli sürdüyü doqquz maddəlik planda iki aylıq atəşkəs nəzərdə tutulsa da, Tehran bu yanaşmanı qəbul etməyib. İran bildirib ki, proses maksimum 30 gün ərzində yekunlaşmalı və diqqət müvəqqəti atəşkəsə deyil, müharibənin tam bitirilməsinə yönəlməlidir.

İranın təklif paketində bir sıra əsas tələblər yer alır: gələcəkdə hərbi hücumların olmayacağına təminat, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılması, dəniz blokadasının ləğvi, dondurulmuş maliyyə aktivlərinin azad edilməsi, təzminat ödənilməsi və sanksiyaların aradan qaldırılması. Bundan əlavə, sənəddə regiondakı bütün cəbhələrdə – o cümlədən Livanda – qarşıdurmanın dayandırılması və Hörmüz boğazı üçün yeni təhlükəsizlik mexanizminin yaradılması kimi bəndlər də var.

Rəsmi Tehran Vaşinqtondan bu təkliflərə aydın və rəsmi cavab gözlədiyini vurğulayır. İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi də bildirib ki, plan diplomatik kanallar vasitəsilə artıq ABŞ-yə çatdırılıb.

ABŞ Prezidenti Donald Tramp isə "Truth Social" platformasında paylaşım edərək İranın mövqeyini qəbul etməyin çətin olacağını qeyd edib.

Seçilən
29
5
manset.az

10Mənbələr