İran ABŞ-ın münaqişənin dayandırılması ilə bağlı 9 maddəlik təklifinə cavab olaraq 14 maddəlik yeni plan təqdim edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, bu cavab Pakistanın vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırılıb və əsas məqsəd müharibənin tam dayandırılmasıdır:
“İran tərəfi ABŞ-ın təklif etdiyi 2 aylıq atəşkəs əvəzinə bütün məsələlərin 30 gün ərzində yekunlaşdırılmasını tələb edir və prosesin uzadılmasına qarşı çıxır.
Sənəddə həmçinin hərbi hücumların dayandırılması üçün təminatlar, ABŞ qoşunlarının İran ətrafından çıxarılması, dəniz blokadasının aradan qaldırılması, dondurulmuş aktivlərin azad edilməsi və sanksiyaların ləğvi kimi şərtlər yer alır.
Bundan əlavə, bölgədəki bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində gərginliyin azaldılması və Hörmüz boğazı üçün yeni idarəetmə mexanizminin hazırlanması da təklifdə əks olunub”./Globalinfo.az