AZ

Sevda rəqsi və geyimi ilə MÜZAKİRƏ YARATDI – VİDEO

Rəqqasə-müğənni Sevda Sanalıyeva səhnə aldığı məkanlardan birindəki çıxışı ilə yenidən gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, osial şəbəkələrdə yayılan görüntülərdə sənətçinin həm rəqsi, həm də səhnə obrazı izləyicilərin diqqətini cəlb edib.

İfa zamanı onun enerjili rəqsi və qısa, dar geyimi sosial mediada geniş müzakirələrə səbəb olub. Paylaşılan videoya qısa müddətdə çoxsaylı şərhlər yazılıb.

Bəzi izləyicilər Sanalıyevanın səhnə performansını və cazibədar görünüşünü bəyəndiklərini ifadə ediblər. Digərləri isə onun geyim tərzi ilə bağlı fərqli fikirlər səsləndirərək mövzu ətrafında müzakirələr aparıblar.

Görüntülər qısa zamanda yayılaraq sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub./Milli.az

Seçilən
32
34
bakivaxti.az

10Mənbələr