AZ

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndərilib - FOTOLENT - YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə 3 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

09:53

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndəriləcək.

APA xəbər verir ki, bu gün Ermənistana 8 vaqon gübrə yola salınacaq.

Azərbaycan Azərbaycan Azərbaycan
Seçilən
4
50
apa.az

10Mənbələr