Dünyanın ən ucuz metalı qurğuşundur, onun 1 tonunun qiyməti 2 min dollardır.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə, Rusiyanın Qaydar İnstitutunun mütəxəssisi Antonina Levaşenko məlumat verib.
Levaşenko metalın ucuz olmasını onun avtomobil sənayesində və batareyalarda tətbiqinin və tələbinin azalması ilə izah edir. Hazırda qurğuşun aktiv şəkildə litium və nikel kimi digər metallarla əvəz olunur.