AZ

Lebron yenə tarix yazdı

“Leykers”in amerikalı forvardı Lebron Ceyms “Hyuston”la seriyanın 3-cü oyununda hesabına 29 xal, 13 ribaund və 6 məhsuldar ötürmə yazdı.

41 yaşlı basketbolçu 40 yaşı tamam olandan sonra pley-offda minimum 20 xal və 10 ribaund toplamağı bacardığı oyunların sayını 4-ə çatdırmaqla bu göstəricidə də yeni rekord müəyyənləşdirdi. Lebron əfsanəvi Kərim Əbdül-Cabbarı (3) arxada qoydu.

Ümumiyyətlə, bu pley-off seriyasında “Leykers” aşkar favoritdi. “Gölməçəsevərlər” ilk üç qələbənin ardından seriyanın dünən keçirilən 4-cü oyununda uduzmaqla konfrans yarımfinalına vəsiqə qazanmaq niyyətini bir neçə günlüyə təxirə saldı.

konfrans 1/4 finalları
24 aprel

Atlanta – Nyu-York 109:108 (33:21, 25:29, 30:30, 21:28)
Seriyada hesab – 2:1.
Toronto – Klivlend 126:104 (31:25, 23:29, 29:27, 43:23)
Seriyada hesab – 2:1.
Minnesota – Denver 113:96 (25:11, 36:28, 27:29, 25:28)
Seriyada hesab – 2:1.

25 aprel
Filadelfiya 76 – Boston 100:108 (24:29, 23:25, 27:25, 26:29)
Seriyada hesab – 1:2.
Hyuston – Leykers 108:112 ОТ (32:39, 20:24, 23:17, 26:21, 7:11)
Seriyada hesab – 1:2.
Portlend – San-Antonio 108:120 (29:27, 36:32, 22:29, 21:32)
Seriyada hesab – 1:2.
Orlando – Detroyt 113:105 (26:26, 35:28, 26:25, 26:26)
Seriyada hesab – 2:1.
Finiks – Oklahoma-Siti 109:121 (28:33, 25:29, 26:25, 30:34)
Seriyada hesab – 0:3.

26 aprel
Atlanta – Nyu-York 98:114 (20:27, 24:31, 21:28, 33:28)
Seriyada hesab – 2:2.
Minnesota – Denver 112:96 (22:23, 28:31, 32:24, 30:18)
Seriyada hesab – 3:1.
Toronto – Klivlend 93:89 (14:17, 24:19, 22:22, 33:31)
Seriyada hesab – 2:2.
Portlend – San-Antonio 93:114 (25:23, 33:18, 16:33, 19:40)
Seriyada hesab – 1:3.

27 aprel
Filadelfiya 76 – Boston 96:128 (18:34, 20:22, 36:39, 22:33)
Seriyada hesab – 1:3.
Hyuston – Leykers 115:96 (26:21, 30:26, 34:18, 25:31)
Seriyada hesab – 1:3.

Seçilən
0
2
football-plus.az

4Mənbələr