AZ

Ayxan Abbasov "Sabah"la darmadağını belə şərh etdi

“Şamaxı” bu gün Misli Premyer Liqasının 30-cu turu çərşivəsində “Sabah”ı qəbul edib.

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında matçı belə şərh edib:

"İlk növbədə "Sabah"ı çempionluq münasibətilə təbrik təbrik edirəm. Avrokuboklarda çıxış edəcək bütün komandalarımıza uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm.
Çətin oyun oldu. Gənc oyunçularımız üçün belə rəqiblə oynamaq asan deyildi. Epizodlar oldu, dəyərləndirə bilmədik. Qarşıda üç oyunumuz var, gələcəkdə necə olacaq, zaman göstərəcək”.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr