AZ

15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı öldürdü

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı öldürüb.

Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə ötən gün Zaqatala rayonunun Axaxdərə kəndində baş verib.

Belə ki,kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş gördüyü an canavar hücumuna məruz qalıb. Həmin vaxt səsi eşidən onun qardaşı oğlu - 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı 47 yaşlı Aydın Qurbanov xəsarət alaraq Zaqatala rayon Xəstəxanasına çatdırılıb.

Seçilən
37
24
missiya.az

10Mənbələr