Ankara, 3 may, AZƏRTAC
Türkiyənin Malatya vilayətinin Doğanşehir rayonunda sərnişin avtobusu dərəyə aşıb.
AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, Malatya-Adıyaman yolunda baş verən qəza nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə yerinə polis, jandarma, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.
Malatya valisi Seddar Yavuz yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparıldığını bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara