Edmond Tapsoba hazırkı komandasındaı çıxışını davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, o, “Bayer-04” ilə yeni müqavilə bağlayıb. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. Burkina Fasodan olan futbolçu Leverkuzen təmsilçisi ilə müddəti 2031-ci ilin yayında qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
“Bayer-04” Edmondu 2020-ci ilin yayında “Gimaraynş”dan transfer edib. 27 yaşlı müdafiəçi bu mövsüm komandada keçirdiyi 41 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta