Azərbaycan Premyer Liqasının XXX turunda “Şamaxı” və “Sabah” komandaları üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə qolları Stiv Solvet (30), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1-pen) vurub.
Çempionluğunu daha əvvəl rəsmiləşdirən Valdas Dambrauskasın komandası xallarını 75-ə çatdırıb. Ayxan Abbasovun kollektivi isə 35 xalla 8-ci pillədə yer alır.
“Şamaxı” – “Sabah” 0:3: