AZ

“İnter” “Parma”nı məğlub edərək İtaliya çempionluğunu rəsmiləşdirdi

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turunda “İnter” və “Parma” qarşılaşıb. 

90deqiqe.Az xəbər verir ki, oyun Milan şəhərində yerləşən “Cüzeppe Meatsa” stadionunda keçirilib. Matçın baş hakimi Kevin Bonachina olub. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı ilk hissənin sonlarına yaxın “İnter” açıb. 45+1-ci dəqiqədə Markus Tyuram fərqlənib.

İkinci hissədə Milan təmsilçisi üstünlüyünü artırıb. 80-ci dəqiqədə Henrix Mxitaryan ikinci qolu vurub.

Bu qələbə ilə “İnter” İtaliya çempionluğunu rəsmiləşdirib. Milan klubu 35 oyunda 82 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. İkinci yerdə olan “Napoli”dən 12 xal fərq var. “Parma” isə 42 xalla 12-ci pillədə yer alır.

Seçilən
31
3
90deqiqe.az

5Mənbələr