BAKI, 4 may. TELEQRAF
Pedro Sançesin olduğu təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib.
Teleqraf xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında iştirak etmək üçün yola düşərkən təyyarədə gözlənilməz texniki problem yaranıb.
Rəsmi açıqlamada qeyd olunub ki, nümayəndə heyəti gecəni Ankarada keçirdikdən sonra Yerevana yola düşəcək.