AZ

Netanyahu prezidentə “1 nömrəli bort”u vermədi – Hersoq çarter reysi ilə uçacaq

İsrail prezidenti İsaak Hersoq Mərkəzi Amerika ölkələrinə səfərə hökumət təyyarəsi ilə deyil, çarter reysi ilə gedəcək.

Musavat.com xəbər verir ki, prezidentin dəftərxanası qərarın baş nazir Benyamin Netanyahunun ofisinin mövqeyi ilə bağlı olduğunu açıqlayıb.

Məlumata görə, baş nazirin ofisi hökumət təyyarəsinin mümkün səfərlər səbəbindən məşğul ola biləcəyini bildirib. Bu səbəbdən Hersoq “Sion qanadı” adlı hökumət təyyarəsindən istifadə edə bilməyəcək.

İsaak Hersoq mayın 6-da Panama və Kosta-Rikaya dörd günlük rəsmi səfərə yollanacaq. Kosta-Rikada o, ölkənin yeni prezidenti Laura Fernandes Delqadonun andiçmə mərasimində iştirak edəcək. Panamaya səfər isə İsrail prezidentləri üçün ilk belə səfər olacaq.

İsrail mediası yazır ki, bu, son vaxtlar Hersoqun çarter və ya kommersiya reysləri ilə etdiyi artıq üçüncü səfərdir.

 

Musavat.com

Seçilən
55
musavat.com

1Mənbələr