AZ

Nəzarətdən çıxan robot hər kəsə qorxulu anlar yaşatdı - ANBAAN VİDEO

Çində keçirilən festival zamanı nümayiş etdirilən humanoid robotun qəfil nəzarətdən çıxması çaxnaşmaya səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə iştirakçıların mobil telefonları ilə lentə alınıb.

Şahidlərin sözlərinə görə, robot bir anda nizamsız hərəkətlər etməyə başlayıb və ətrafdakı insanlara doğru yönəlib. Görüntülərdə onun aqressiv, sanki hücuma bənzər hərəkətlər etdiyi aydın görünür. Festival iştirakçıları təşviş içində ərazidən uzaqlaşmağa çalışıblar.

Qısa müddət davam edən xaosdan sonra əraziyə müdaxilə edən məsul şəxslər robotu nəzarət altına alıblar. Hadisə nəticəsində xəsarət alan olub-olmadığı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Baş verənlər sosial mediada sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. İstifadəçilər robot texnologiyalarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək bu sahədə risklərin ciddi şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
35
musavat.com

1Mənbələr