AZ

Azərbaycan TÜRKSOY un XVII Opera Günləri Qala konsertində təmsil olunub FOTO

ain.az, Moderator.az saytına istinadən bildirir.

Aşqabadın "Mukamlar" sarayında TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, tədbir türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq musiqi irsimizin təbliğinə həsr olunub.

Konsert proqramı Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın musiqi nümayəndələri ilə yanaşı, Azərbaycanı tanınmış opera ifaçıları əməkdar artist Fəridə Məmmədova və Taleh Yəhyayev təmsil ediblər.

Azərbaycan ifaçılarının təqdimatları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onların ifasında təqdim olunan klassik musiqi əsərləri Azərbaycanın zəngin mədəni irsini və dərin musiqi ənənələrini əks etdirərək, ölkəmizin incəsənət sahəsində malik olduğu yüksək yaradıcı potensialı bir daha nümayiş etdirib.

Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Konserti izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
4
moderator.az

5Mənbələr