AZ

Seriya A: “İnter” İtaliya çempionu bəlli oldu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 35-ci turu çərçivəsində "Cüzeppe Meatsa" stadionunda keçirilən qarşılaşmada İtaliyanın "İnter" futbol komandası "Parma"nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb...

Poliqon İdman.Biz-ə istinadən bildirir ki, meydan sahiblərinin ilk qolunu qarşılaşmanın 45+1-ci dəqiqəsində hücumçu Markus Türam rəqib qapısından keçirib. İkinci hissədə isə yarımmüdafiəçi Henrix Mxitaryan səksəninci dəqiqədə fərqlənərək komandasının ikinci qoluna imza atıb.

Bu qələbə sayəsində xallarının sayını 82-yə çatdıran "İnter" İtaliya çempionluğunu qazanıb. Hazırda turnir cədvəlinin birinci pilləsində qərarlaşan milanlılar ən yaxın izləyicisi "Napoli"ni 12 xal qabaqlayır. "Parma" isə 42 xalla on ikinci yerdədir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr