AZ

Əli bəy Hüseynzadə “Kommunist”ə nə demişdi... │ TARİXİ ARAŞDIRMA

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Yeganə Kamal Cabbarlı

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasının müdiri

Xüsusi olaraq AzVision.az üçün Yazının əvvəlki hissələrini buradan və buradan oxuya bilərsiniz “Kommunist” qəzeti, 17 fevral 1926-cı il, №41

“ Azərbaycan müəllimlər konfransı ” adlı məqalə Fevralın on beşində Ümum Azərbaycan müəllimlər Konfransı açılmışdır. Maarif İşçiləri İttifaqının sədri Qasımov yoldaş onun Türkoloji Qurultayı münasibəti ilə toplandığını qeyd etmişdir.

Dörd məsələ müzakirə edilmişdir: İstilah, İmla, dilimizin tədrisi üsulu və əlifba məsələləri.

Öncə Ağamalıoğlu məruzədə bulunub, Türkoloji Qurultayının tarixdə birinci dəfə olduğunu və bu qurultayın türk dilləri üçün nə qədər əhəmiyyətli olduğunu qeyd ilə konfransın qurultayda müzakirə ediləcək bir neçə məsələsi haqqında müəllimlərin mülahizə və rəyini ögrənmək üçün çağırıldığını da göstərmişdir.

Elmi istilah haqqında Zeynallı yoldaş məruzədə bulunmuş və demişdir ki: elmi istilahlar məsələsi haqqında yalnız Azərbaycan degil, bütün ölkələrin nümayəndələri qurultayda çıxışda bulunacaqlardır. On yeddinci yıla qədər Azərbaycanda müəyyən məna verəcək türk kəlmələri olmamış olsa da, çox az olmuşdur.

Türk - tatar dillərindəki istilahlar daha yaxından və dərindən ögrəniləcək olarsa, onların bir kökdən olduğu görülə bilir. Fəqət, başqa-başqa ölkələrin iqlim və coğrafi münasibətləri ayrı-ayrı olduğundan, bu sözlərin deyişi biri birindən fərqli olmuşdur.

Biz türk-tatar dillərinin əsas yaradıcılıq qüvvəsinə istinad etmiş olursaq, bu aşağıdakı əsasları qəbul etməliyiz:

Bir - Türkcədə bəlli və ümumun anlayacağı bir sözdən istilah yapmaq mümkün olursa, o söz ərəb, fars və başqa dillərdə olanlardan üstün sayılmalıdır.

İki - Türkcədə ümumun anlayacağı bir söz olmaz isə o zaman türk xalqı içərisinə girmiş və xalqın tanıdığı ərəb və fars sözlərini istilah olaraq qəbul etməli və bu sözləri türk sərfnəhfinə (qrammatikasına) tabe etməlidir.

Üç - Avropa dillərinin çoxunda qəbul edilmiş beynəlmiləl hər bir istilah tərcümə edilmədən türkcəyə qəbul edilməlidir.

Dörd - yenidən kəlmələr yaratmaq üçün xarici istilahlar olduğu kimi tərcümə edilməli və buna da müstəsna hallarda müraciət edilməlidir.

Türk - tatar dilləri xaricdən aldıqları sözlərin sonlarında olan səsli hərfləri öz içərisinə almıyorlar. Məsələn, qəbul edilmiş “fabrika” sözü “fabrik”, “sistema” sözü “sistem” deyə işlədiliyor. Bunları nəzərə alaraq başqa dillərdən aldığımız istilahlar ancaq əsas olmaq üzərə qəbul edilib, türk-tatar dilləri qəlibınə salınmalıdır. Türk dillərinin gözəlləşməsi və yararlanması üçün ən xoş ahəngdə olanları almalıyız. Ədəbiyyat dili yaradılırkən xalqın hangi nöqtədə durmaq istədigi nəzərə alınmalı və bu dil türk - tatar dillərinin ruhuna (psixolojisinə) uyğun olmalıdır. Türk - tatar dillərinin fellər ilə zəngin olması, başqa dillərdən alacağımız istilahları türk marfolojisinə salmamıza imkan verəcəkdir.

Məruzəçi sözünü bitirərək böylə nəticəyə gəlmişdir:

Bir - istilahlar məsələsində xırdaçılıqdan tamamilə vaz keçib, məsələnin elmi quruluşuyla məşğul olmalıdır ki, türk - tatar dilləri üçün müştərək prinsiplər yaradılmış olsun.

İki - Hər ləhcə üçün yapılan istilahlar sistemində mütləq dil qruplarımız unudulmamalıdır.

Üç - İstilahlar yaradılmasında xüsusən ictimaiyyət və təbiət elmləri sahəsində ən çox faiz türk sözlərinə məxsus olmalı və bununla bərabər bənimsənilmiş ərəb və fars sözləri türk biçiminə salınmalı və türk sərfnəhfinə (qrammatikasına) tabe tutulmalıdır.

Dörd - Elm - fənn dilinin hüdudu müəyyən edilməlidir.

Beş - Yapılacaq istilahların geniş təbəqələrimiz üçün anlaşılacaq bir şəkildə olmasından ötrü ən əvvəl el dilinin mənəviyyatını ögrənməlidir.

Altı - Əcnəbi dillərdən alacağımız köklər dilimizə salınaraq müəyyən mənada göstərilməlidir.

Yeddi - Böylə dərin məsələləri yoluna qoymaq üçün hazırkı qurultayın bütün qərardadlarını həyata tətbiq etmək üzrə müəyyən bir elmi müəssisə yaradılmalıdır ki, bu vasitə ilə Türkoloji Qurultayının praktik məsələləri genişləndidilub, həyata keçirilmiş olsun. “Kommunist” qəzeti 18 fevral 1926 - cı il, №42

Azərbaycan Müəllimlər Konfransının ikinci günündə “İstilah məruzəsi haqqındakı mübahisələrdən sonra” baş verənlər barədə qəzet yazır: İmla haqqında Fərhad Ağazadə yoldaş məruzədə bulunmuş və demişdir ki, yüz yıllardan bəri türk xalqının yazısı olduğu üçün bu millətin imlası vardır deməgə haqlıyız. Fəqət, türkcənin imlası da varsa, müxtəlif olmasıdır. İmlamız haqqında ancaq sərfnəhvdə əsaslar bula biliriz. Sərfhəhvdə göstərilən əsasların çox hissəsi ərəb- fars kəlmələri və ən az hissəsi türk kəlmələri üçün göstərilmişdir. Türkcə kəlmələrdə olan iki türlü imlanın biri türk, digəri ərəbcədir.

Birinci imlanı qəbul edər isək, türkcə üçün vahid bir türk imlası yaratmış olarız. Xarici dillərdən türkcəyə qəbul edilmiş kəlmələr türkcədə işləndiyi üçün türkcəyə çevirilməli və türk imlasını qəbul etməlidir. Türkcə türk yazısı fonetik əsaslar üzrə qurulmalıdır. Türk dili tələffüz ahənginə tabe olduğu üçün buna başlıca əhəmiyyət verilməlidir.

Əlifba məsələsi imla ilə sıxı rabitədə olduğundan məruzəçi bu barədə istilah olunmuş əlifba ilə yeni əlifba haqqında müxtəsər məlumat verərək, istilah edilmiş əlifbada yaradıcılıq törətmək mümkün olmadığını söyləmişdir. Başqa çətinlik törədən məsələlərdən biri də bir sözü yazdıqda bir sətirdən o birinə keçirməkdir. Ədəbiyyata girmiş yeni yabançı kəlmələr xalqın ləfzinə (danışığına) uyğun olmaq ilə bərabər, öz mətninə də yaxın qalmalıdır. Tələffüz edilən kəlmələrin ahənginə əhəmiyyət verilməlidir. Türk ölkələrinin ancaq birinə məxsus olan kəlmələr məzkur ölkənin yerli tələffüzü ilə denilməlidir.

Türk - tatar dilləri əcnəbi qonşu millətlərin təsiri altında olduğundan daima onlardan kəlmələr almışdır. Çox zaman alınan kəlmələr də məzkur dilə başqa dillərdən keçmiş oluyor. Biz xarici kəlmələr qəbul etdikdə olduğu kibi birinci dildən almalıyız. Xarıcı dillərdən aldığımız kəlmələr xarici ölkələrdə tələffüz edildigi kibi türkcədə olmalıdır. Bunlardan başqa bir çox sözləri xarici dillər şərqlilərdən alıb başqa şəklə salmışlardır. Bu kəlmələr türkcədə şərqlilərdə işlədildigi kibi işlədilməlidir. Xarici dillərdən alınmış bir çox sözlər vardır ki, türkcəyə qəbul edildikdə türkcədə özü ilə bir imlada, fəqət, başqa mənada olan sözlərə təsadüf ediliyor. Məsələn, (sol) notası şəklində türkcənin (sol) kəlməsinin eyni, iki mənaları bambaşqadır. Xaricdən qəbul edilən böylə kəlmələrin son hərfi üzərinə müəyyən işarə qoymalıdır. “Kommunist” qəzeti, 21fevral 1926 - cı il, №44

Türkoloji Qurultayı münasibətilə Qəzet xəbər verir: “Ayın 17 - də Azərbaycan Dövlət darülfinuni politexnikum və işçi fakultəsi tələbələrinin ümumi iclası çağırılmışdır.

İclasda Ağamalıoğlu yoldaş “Türkoloji Qurultayı və onun əhəmiyyəti” haqqında məruzədə bulunub demişdir ki, proletar inqilabı əmələ gəlirkən, türk-tatar xalqı buna hazır degildi. Fəqət, 1905-ci yıl Azərbaycan türklərinə böyük hərəkət verdi”.

Məruzəçi beşinci yıldan on dördüncü yıla qədər Azərbaycan türklərinin nə kibi cərəyanlar keçirdigini göstərmək, 20-ci yıla qədər Azərbaycanda yeni türk əlifba məsələsinə iqdam edilmiş olduğunu və bunun nəticəsiz qaldığını bildirmiş və demişdir ki, Azərbaycanda şura quruluşu bərpa edildikdən sonra 22-ci yılda yeni türk əlifbası məsələsi həyata keçirilməgə başladı.

Bir tərəfdən də ərəb əlifbasının islah edilməsi tərəfdarları meydana çıxdılar. Şuralar quruluşunda geniş xalq kütləsinin savadlı olması birinci məsələlərdəndir. Bunun əski əlifba ilə mümkün olmadığı hər kəsə bəllidir. Hazırda minlər ilə muzdur və işçi yeni əlifba vasitəsilə savadlı olmuşlardır. İndi tələbələr də Azərbaycan işçiləri arxasınca getməli və xalq kütləsinin əfkari-ümumiyyəsini qurultayın ətrafında toplamalı və bütün vahid kibi türk əlifbasını həyata keçirməlidirlər.

Bundan sonra Əhmədzadə yoldaş Ağamalıoğlu yoldaşın nitqini davam etdirərək, qurultayda türk-tatar ölkələrinin 132 nəfər nümayəndəsi iştirak edəcəgini bildirmişdir. Hazırda hər bir türk-tatar ölkəsinin qurultaya hazırlandığı kibi, Azərbaycanda da qurultaya çağırılmasına yardım komitəsi müxtəlif nəşriyyatlar və ədəbiyyatlar tab (çap) etdirməklə məşğuldur. Bundan əlavə Ədəbiyyat Cəmiyyəti, Azərbaycan Kooperativ Nəşriyyatı, Yeni Əlifba Komitəsi “ Yeni kənd” və “Kommunist” qəzetəsi sərgilər hazırlamaqdadırlar.

Nəticədə iclas aşağıdakı qərarı çıxarmışdır: Azərbaycan Dövlət darülfinuni “politexnikum” işçi fakultəsi tələbələri Ağamalıoğlu yoldaşın “Türkoloji Qurultayı və onun əhəmiyyəti” haqqındakı məruzəsini dinləyərək, qeyd ediyor: ”Böyük oktyabr inqilabından sonra türk-tatar xalqı həyatında və dünya tarixində misli görülməyən yeni bir dövr açılmışdır. Bu yeni dövrdə siyasi və iqtisadi hakimiyyəti əlinə keçirib, rəhbərlik edən əməkçilər öz həyat və məişətini təmin etməgə çalışmaqla kifayət etməyərək, azad bir dünya - sosiaslizm həyatı qurmağa çalışıyor.

Bu dövrdə əsrin ən yüksək texnikası və son sistem alətlərinə malik olmadan, yeni həyatı qurmaq mümkün degildir. Bu həyat elm və fənnin (bilik) ümumkütlə tərəfindən bənimsənilməsi ilə qurula bilər. Bunun üçün ən birinci vasitə bütün əməkçi kütlələrinin savadlanması və düşüncələrinin yüksəlməsidir.

Biz əməkçi türk tələbələri istehsalat, elm və ürfan dairəsində çalışıb yeni həyat quruluşunda ən ciddi surətdə iştirak ediyoruz. Fəqət, biz öz fəaliyyətimizdə bir çox dolaşıq və çətin məsələlərə təsadüf ediyoruz. Bu məsələlərdə doğru yol göstər-mək böyük mütəxəssislərin və tədqiqatçıların vəzifəsidir.

Bu vəqtə qədər türk - tatar xüsusi şura cümhuriyyətlərində müəyyən bir cifir (şifr), qəti bir yol alamayan və yadlar tərəfindən qurtaramayan bunun ilə də əməkçi kütləsi mənəvi tərəqqisinin ağır hərəkət etməsinə səbəb olan mübahisəli məsələlər ana dilində ədəbiyyat və mətbuat yaratmaq, uyğun islahatlar düzəltmək və asan əlifba tərtib etmək məsələləridir.

Türk - tatar tarixi, ənənatı (adəti), dil və sənəti ilə uğraşub, onların ruhindən və mənəviyyatından, elmi surətdə dərindən tanış olan möhtərəm türkoloqlar əməkçi kütlə üçün ən əhəmiyyətli olan bu məsələlərdə öz qəti rəylərini deməlidirlər.

İlk dəfə olaraq proletar mərkəzi olan Baküdə çağırılan bu qurultaya Avropa və Asya qitələrinin uzaq guşələrindən gələn mütəxəssislərdən Azərbaycan əməkçi türk tələbələri yuxarıda göstərilən məsələlərin bu surətlə həll edilməsini arzu ediyorlar. 1. Türk-tatar xalqının, daha doğrusu əməkçi kütləsinin ən mühüm məsələlərindən biri də ədəbiyyat və mətbuat məsələsidir. Bu xüsusda edilən müzakirələr türk dilləri dil qrupları əsasları üzərində aparılaraq, bu sahədə həll edilməlidir. Məsələnin böylə həll edilməsi nəşriyyatın genişlənməsinə kömək etməklə, mətbuat dilinin xalqdan uzaqlaşmamasına da vasitə olacaqdır.

2. Əsri mədəniyyətə qədəm qoyan əməkçi türk - tatar xalqının məarifində mühüm rol oynayan islahalar məsələsi də böylə həll edilməlidir. Ən əvvəl ana dili möhkəm əsas götürülməli, bunun üzərində istilahlar qurulmalıdır. Bu vəqtə qədər yayılub - ümumiləşmiş kəlmələrdən başqa, yenidən ərəb fars sözlərindən istilah düzəlməsinə meydan verilməməlidir. Avropa mədəniyyəti ilə sıxı yanaşmaq üçün Avropanın beynəlmiləl istilahları oldığı kibi qəbul edilməlidir. Bu maddələr müzakirə edildikdə türk dilləri dil qrupları nəzərdə tutulmalıdır. 3. Mətbuat və nəşriyyatın doğru və düzgün oxunub anlaşılması, əməkçi kütlənin tez bir zamanda savadlanması, ana dilinin köklənib genişlənməsi ən birinci mühüm məsələlərdəndir. Bu məsələlərdən əlifbanın kamil (nöqsansız) və eslafının (sələf) böyük əhəmiyyəti vardır. Bu vəqtə qədər türk-tatar dünyasında işlənən və dəfələr ilə islah olunan və bunlara baxmayaraq ehtiyac və tələbatı ödəyəməyən ərəb əlifbasından vaz keçərək, Azərbaycan hökumətinin qəbul etdigi kibi latın sistemli əlifbanın başqa türk - tatar xalqı arasında qəbul edilməsi lehində olmalı və onların da bu əlifbaya keçmələrinə səy etməlidirlər. 4. Türk-tatar xalqı istilahları ədəbiyyat, əlifba və başqa məsələlərində ümumi və elmi rəhbərlik etmək üçün bir cəmiyyət bilik yurdu qurulmalıdır. Azərbaycanın coğrafi, iqtisadi və mədəni mövqeyinin münasibətligi nəzərə alınaraq, məzkur cəmiyyətin mərkəzi proletar Qızıl Bakü şəhəri qəbul edilməlidir. Azərbaycan müəllimlər konfransı Türk dilinin tədrisi üsulu haqqında Cabbar Əfəndizadə məruzədə bulunmuş və demişdir ki, məktəblərimizdə türkcənin ögrədilmə üsulu bütün müəllim yoldaş-larımızın tanış olduqları bir şey olsa da fəqət, yazı və imla məsələmiz kibi bu da xəstə bir məsələdir. Buraya əmək məktəbləri prinsipləri kibi ədəbi dil məsələsi, istilah məsələsi, imla və əlifba məsələləri də qarışınca üsul məsələsi bir qat daha çətinləşiyor.

Hicri 699 yılından müstəqil bir dövlət halında yaşayan və rəsmi dili türkcə olan Anadolı türklərində türkcə tədris ediliyordı. Lakin əlimizdə olan vəsiqə ancaq hicri 1290-cı yıldakı tarixə aid darülmüəllimat proqramıdır. 1870-ci yıl müəllim Nacinin əsərləri türkcə oxunmuşdur. Rusiyada 1870-ci yılda birinci dəfə olaraq kalmık-tatar məktəbi açılmışdır.

Azərbaycanda isə ərəb və fars mədrəsələri olmuşdur. Bu mədrəsələr ərəb istilasından sonra islamiyyəti qəbul etmiş türkləri təbliğ etmək üçün açılmışdır.

Türkcə oxunan mədrəsələrdə “Leyli - Məcnun” və bu kibi əsərlər oxunmuşdur. Lakin burada da proqram əski rumlar zamanında yaşamış və sonradan Avropaya köçmüş proqramlar olmuşlar. Bu proqramlar cocuğun ruhinə uyğun olmamaq ilə bərabər, sərf də (morfologiya) heç olmamışdır. Oxuyanların çox hissəsi ancaq Quran oxuya bilmişdir. Qori darülmüəllimini açıldıqdan sonra Çernyayevskinin çıxardığı bir əlifba kitabçası ilə dərs aparılmışdır. 1880-ci yılda yeni söfti (səs) üsuli həyata keçməgə başlamışdısa da müsbət bir nəticə verəməmişdir. 1880-ci yıldan məktəblər islah edilməgə başlanmış, fəqət, 1905-ci yıl inqilabına qədər böyük bir iş görülməmişdir.

1906-cı yılda konfrans çağırılmış və yeni tədris kitabları çıxarılmaq üçün xüsusi komisyon təşkil edilmişdir. 1906, 1907-ci yılda əmələ gətirilən təsisat hökumətin xoşuna gəlmədigindən fəaliyyəti məhdud edilmişdir. Bu vəziyyət 1917-ci yıla qədər davam etmişdir. 1917-ci yıl inqilabından yeni inkişaf dövrü başlamışdır. Yeni inkişaf dövründə ana dilinin tədrisinə ciddi bir nəzər ilə baxılıyor və ana dili yeni əsas üzərə təqsim ediliyor: Ana dili fikrin hakimidir. Ana dilini çocuğa söylərkən, onun fikrini inkişaf etdirmiş oluruz.

Ana dilinin tədrisində ən mühüm yeri qiraət dərsləri tutuyor. Çocuqlara oxutdurulacaq qiraət kitabları çocuqların ruhinə uyğun olmalıdır. Qiraət kitabları canlı surətdə çocuğun həyatına bağlı olmalıdır. Çocuqları ögrətdikdə kəlmə və cümlələrin gözəlcə anlaşılması lazımdır. Anlaşmaqdan əlavə qiraətin faydasını müəyyən etməlidir. İzahlı qiraətdən məqsəd qiraət parçasının əsil ruhu üzərində izahat verməkdir. İfadəli qiraətin isə şərtləri, qiraət parçasının doğruluğu və gözəlligi olmalıdır.

Gözəllik şərti qiraət parçasına içərisindəki ifadəyi anlatmaq istər. Kəlmələrdə olan vurğular ilə kəlmənin mənası dəgişə bilir.

Yazı məsələsi, daha doğrusu imlanın düz yazılması üçün müxtəlif şeylər tətbiq ediliyor. İmdi araya iki qisim imla çıxmışdır. Biri yeni əlifba, digəri ərəb əlifbası üçündür. Yazıyı çocuqlara ögrətmək üçün birinci qrupdan başlayaraq yazdırma-lıdır. Dildə yaşayan sözləri mənalarına görə təsnif edən sərfnəhvdir. Sərfin canlı dil üzərində qurulması o dilin dəgişilə biləcəgini göstəriyor. Biz çocuqların canlı dilindən istifadə edərək, cümlələri çocuqların öz həyatından almalıyız. Dil dərslə-rində birinci sinifdə ögrədiləcək dərs çocuğun öz sözləri olmalıdır. Burada hər müəllim çocuğun mühitindən bəhs etməlidir. Beşinci sinifdən isə tamamən ədəbi dil ilə qonuşmalıdır. Dilin quruluşuna ciddiyyətlə əhəmiyyət verilməli və bunun üçün də birinci sinifdə şəkli quruluşa diqqət edilməlidir. Əlifba məsələsi haqqında Əlifba məsələsi haqqında Cəlil Məhmədzadə yoldaş məruzədə bulunmuş və demişdir ki, hazırda üç dürlü türk əlifbası olduğundan türk nəşriyyatı üç qismə bölünmüşdür: əski ərəb əlifbası, islah olunmuş ərəb əlifbası və yeni türk əlifbası. Bundan sonra məruzəçi əski rus və yunan əlifbalarının müruri - zəman (zaman keçdikcə) ilə təbdilata uğrayub hazırki vəziyyətini qeyd edərək, ümumiyyətlə yazı tarixində nə kibi təkamül dövrü keçdigini göstərmişdir. Məruzəçi demişdir: ərəb əlifbasının ayrı - ayrı hərfləri cüzi işarələr ilə kəlmələrin mənasını dəgişdiriyor və müxtəlif mənalar veriyor.

Bundan başqa ərəb əlifbasında sağdan sola yazılmanın da pedoqoji əsaslar üzrə düz olmadığı bəllidir.

İslah edilmiş əlifbanın bir taqım (sıra) yaxşılıqları var isə də əsil ərəb əlifbası tamam yaramazdır. Lakin islah edilmiş əlifbanın da hazırki əsrə müvafiq olmadığı təcrübələr nəticəsində bəlli edilmişdir. Texniki məsələlərə - hərflərin düzülüşü məsələsinə gəlincə, yeni türk əlifbasının ərəb və islah edilmiş əlifbadan 30 faiz tez yığıldığı bəlli olmuşdur. Yeni türk əlifbasında müəyyən şəkildə və müəyyən surətdə səsli həflər oldığı halda əski əlifbada bunlar qəti olaraq müəyyən ediləməyur. Yeni türk əlifbasında bir kəlmənin müxtəlif mənada anlaşılması bəlasından və hərəkə-lərdən xilas oluyoruz.

Yeni əlifbanı qəbul etmək ilə nöqtə sistemindən və bir hərfin dörd şəkildə yazılmasından xilas olmaqdan əlavə, müfəssəl yazı üsuluna keçmiş oluyoruz.

Azərbaycanda olan 2 milyonluq savadsız xalq üçün ancaq 2 bin nəfər müəllim mövcuddur. Savadsız işçi - kəndli kütlələrinin əski əlifba ilə savadlandırılmasının çətin, hətta mümkün olmayacağı təsəvvür ediliyor. Yeni türk əlifbası 22 - ci yılda həyata keçirilməgə başlarkən, təşkil edilmiş kurslarda 720 nəfər müdavim vardı. İmdi isə bütün Azərbaycanda yeni türk əlifbasını oxuyanların sayı 24. 770 nəfərə varmışdır. Yeni əlifba komitəsinin nəşri - əfkarı olan “Yeni yol” sabiqdə parasız paylanıyordu, imdi isə satış üsulu ilə tirajını 6000 çıxarmışdır. Burada “əski türk əlifbasını buraxıb latın biçimli yeni əlifbayı qəbul etmək ilə şərq aləmindən ayrı düşəriz” deyə araya bir taqım əsassız sözlər atılmışdır. Halbu ki, Türkiyədə nəşr edilən “Axşam”, “Dəniz” və başqa Türkiyə qəzetələri yeni əlifbayı aıqışllıyorlar. Hətta “Tənin” qəzetəsində Hüseyn Cahid tərəfindən yazılmış məqalədə göstəriliyor ki, Türk dilinin sərfnəhvi ancaq yeni türk əlifbası qəbul edilməklə düzələ bilər. Nəhayət yeni əlifba ilə bərabər əski əlifba da davam edəcəkdir.

Növbəti buraxılışlarında qəzet Türkoloji Qurultaya gələcək xarici qonaqlar barədə məlumatları da dərc etməyə başlayır. “Kommunist” qəzeti, 23 fevral 1926-cı il, №46

Türkoloji Qurultayı münasibətilə İstanbul darülfünunu professorlarından Məhməd Fuad Köprülüzadə İstanbulda bulunan akademik (Bartold) bə professor (Mentsel) Türkoloji Qurultayında iştirak üçün Baküyə doğru yola düşdüyüni dünən Türkoloji Qurultaiının təşkilat bürosuna teleqraf ilə bildirmişlərdir.

Başqırdıstan Cümhuriyyəti tərəfindən Türkoloji Qurultayına 6 nəfər nümayəndə təyin edilmişdir.

Dünən nümayəndələrdən (Vildanov), (Mirasov) və (Şakirov) yoldaşlar olmaq üzərə üç nəfər Baküyə gəlmişdir.

Başqırdıstan Cümhuriyyəti tərəfindən birinci Türkoloji Qurultayına hədiyyə olaraq “ Başqırd Oymağı” adında üç kitab göndərilmişdir.

(Moskva) Şərqiyyat Assasyonu üzvi professor (Barozdin) qurultayda işitirak etmək üçün yola düşdügini teleqraf ilə bildirmişdir. “Kommunist” qəzeti, 24 fevral 1926 - cı il, №47

Türkoloji Qurultayı ətrafında Xarici nümayəndələrin gəlmələri

Türkoloji Qurultayına dəvət edilən professorlardan (Əlibəy Hüseynzadə, Köprülizadə Fuad, Mesaroş, Bartold, Mentsel) dünən Baküya gəlmiş və stasyonda müxtəlif təşkilat və qəzetələr nümayəndələri tərəfindən qarşılanmışlardır.

Qəzetəmiz tərəfindən professorlar ilə müsahibə edən müxbirimizə (Əli bəy Hüseynzadə) “onun yıllardan bəri ayrıldığı Azərbaycana gəlirkən dərin bir sevinc duyduğunu söyləmiş, Türkoloji Qurultayının çox əhəmiyyətli bir hadisə olduğunı, şuralar hökumətinin elm və fənn üçün sərf etdigi fəaliyyətin böyüklüyünü anlataraq qurultaydakı müzakirələrin türkoloji əməli (işi) üçün faydalı olacağını” da bildirmişdir.

(Köprülizadə Fuad)ın “Qurultayın Türkiyədə əhəmiyyətlə təqib edildigini və hətta Türkiyədə özü tərəfdən idarə edilməkdə olan bir türkoloji müəssisə açılmış bulunduğunu, bu müəssisənin müəyyən vəqtlərdə nəhayətinə və türkoloji məsələlərinə dair (Türkiyat) adı ilə məcmuə çıxarmağa başladığını” söyləmişdir.

Professor Köprülüzadənin Türkiyədə dəxi əlifba məsələsinin hətta on beş yıldan bəri müzakirə və minaqişə edilməkdə olduğunu və gələcək yıl məarif vəkalətinin bu iş üçün xüsusi bir komisyon təşkil edəcəgini burada bulunduğu müddətcə və qurultay müazkirələrindən vəqt qazandıqca müxtəlif mövzularda konfranslar verəbiləcəgini də əlavə etmişdir.

Professor (Mesaroş) “Türkoloji Qurultayının elm aləmindəki əhəmiyyətli mövqeyini qeyd etdikdən sonra Şura Azərbaycanında gördigi gözəlliklərdən və mədəni həyatdan bəhs edərək, qurultay müzakirələri bitdikdən sonra burada bir müddət qalaraq, tədqiqatda bulunmaq arzusunda olduğını” söyləmişdir. O, (çuvaş) lara aid bir çox tədqiqlərdə bulunub, onların xalq ədəbiyyat və mədəniy-yətini göstərən böyük bir əsər meydana gətirdigini, latın əlifbasından elmi tədqiqlərdə əsas olaraq qəbulu tədqiq edilməkdə bulunduğını da anlatmışdır.

Professorlar Quruıltay üçün iki böyük sandıqda gərək türkolojiyə, gərəksə digər elmlərə aid bir çox kitablar gətirmişlərdir.

Başqa xəbər....

Dünən birinci Türkoloji Qurultayına Tatarıstan tərəfindən İbrahimov Alimcan yoldaşın sədarəti altında: Ayaz Maqsudov (riyaziyyatçı), Səməd Abdulrəhman (tarixşünas), Nemət Hakimov (lisançı) Alparov İbad (hərufat mütəxəssisi), Şərəf Alimcan (lisançı) və Əli Rəhim (ədəbiyyat tarixçisi) olmaq üzərə altı nəfər nümayəndə gəlmişdir.

Bu gün isə Tatarıstan Cümhuriyyətindən nümayəndə olmaq üzərə “Qızıl Tatarıstan” qəzetəsinin müdiri Adnaqulov yoldaş da Baküyə gələcəkdir.

Dünən Başqırdıstan cümhuriyyəti tərəfindən nəhayətində olmaq üzərə İdelqkuşin Kərim, Qabidov Xabib, Bilaltinov yoldaşlar da Bakuya gəlmişlərdir.

Dünən Özbəkistan Cümhuriyyəti tərəfindən Türkoloji Qurultayına yeddi nəfər nümayəndə gəlmişdir.

Türkoloji Qurultayı məsələsinə, Moskva baş elmi idarə yanındaki Şimali Qafqasya dillərini ögrənən Komitə tərəfindən Türkoloji Qurultayında iştirak etmək üçün göndərilən professor Jirqov və Yakovlev ayın igirmi üçündə Moskvadan yola düşdüklərini teleqraf ilə bildirmişlərdir.

Moskva tərəfindən nümayəndə olaraq professor Proqofyev və Şamxalov qurultayda iştirak etmək üçün yola düşdüklərini qurultayın təşkilat bürosuna bildirmişlərdir. (Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
azvision.az

1Mənbələr