AZ

“İnter” 21-ci dəfə İtaliya çempionu oldu


Milanın “İnter” komandası İtaliya futbol çempionatının 35-ci turunda evdə “Parma”nı məğlub edərək turnirin qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, Milandakı “Cüzeppe Meazza” stadionunda keçirilən oyun 2-0 hesabı ilə başa çatıb. Bu qələbə ilə “İnter” üç oyun qalmış İtaliya çempionluğunu təmin edib.
Belə ki, hazırda “İnter”in 82, ikinci yerdə qərarlaşan “Napoli”nin isə 70 xalı var. Klub qalan bütün oyunlarda qalib gəlsə, maksimum 9 xal qazana və xalını 79-a çatdıra bilər.
Hesabı birinci hissənin əlavə vaxtında Markus Tyuram açıb. İkinci qolu isə 80-ci dəqiqədə Henrix Mxitaryan vurub.
Qeyd edək ki, bu “İnter”in İtaliya Çempionatında 21-ci çempionluğudur. Ötən mövsüm İtaliya çempionluğunu “Napoli” qazanıb.
Seçilən
13
yeniavaz.com

1Mənbələr