AZ

“Santos”un məşqində dava: Neymar Robinyonun oğlunu vurub

Bakı, 4 may, AZƏRTAC

Braziliyanın "Santos" klubunun məşqi zamanı xoşagəlməz hadisə baş verib.

AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, komandanın iki futbolçusu – Neymar və Robinyo Junior arasında dava düşüb.

18 yaşlı futbolçunun bir epizodda driblinq edərək onu keçməsini özünə qarşı hörmətsizlik hesab edən Neymar həmkarından daha sakit oynamasını istəyib. Təcrübəli forvardın bu sözlərindən sonra mübahisə yaranıb və Neymar həmkarının üzünə yumruqla vurub. Nəticədə Robinyo yerə yıxılıb.

Gənc futbolçunun nümayəndələri "Santos" rəhbərliyinə şikayət etsələr də, hələlik klub insidentlə bağlı heç bir açıqlama yaymayıb.

Neymarın daha sonra məşq meydançasında Robinyo ilə danışdığı və emosional reaksiyasına görə üzr istədiyi bildirilib. İddiaya görə, problem artıq öz həllini tapıb.

Qeyd edək ki, Robinyo Junior Braziliya millisinin və İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Robinyonun oğludur.

Seçilən
14
4
azertag.az

9Mənbələr