AZ

Keçmiş nazir və universitet rəhbəri cərimələndi

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində tərəf olduğu icra sənədlərinin icrasını təmin etməyib, icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.

Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13735 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilib.

Bundan başqa, həmin il universitet rəhbərliyinə qarşı daha iddia qaldırılıb. Belə ki, iddia ərizələrinin birində 11200 manat pul, mənəvi ziyana görə 200 manat və 153.60 manat dövlət rüsumu, digər iddia ərizəsi üzrə isə 13.650 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılıb.

Seçilən
30
11
publika.az

10Mənbələr