AZ

Toya çəkilişə gələn fotoqraf faciəvi şəkildə öldü - VİDEO

Hindistanda keçirilən toy mərasimində baş verən dəhşətli hadisə faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, mərasimi lentə alan fotoqraf sürətlə hərəkət edən avtomobilin vurması nəticəsində həyatını itirib.

Hadisə zamanı fotoqraf çəkiliş apardığı anda arxadan gələn avtomobil onu güclü zərbə ilə vurub. Zərbənin təsirindən kişi bir neçə metr havaya qalxaraq yerə düşüb.

Qəza toy iştirakçıları arasında böyük panika yaradıb. Ağır xəsarət alan fotoqrafa dərhal yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş verən dəhşətli anlar ərazidə quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com

Seçilən
20
2
musavat.com

3Mənbələr