AZ

“BU, SÜLH GÜNDƏMİNƏ QƏSDƏN VURULAN ZƏRBƏDİ...” “Qətnamənin arxasında Makron dayanır”

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Bu zərbə, hətta Trampın onun xanımı barədə etdiyi acı zarafatdan da ağrılıdır..."

Keçmiş xarici işlər naziri, təcrübəli diplomat Tofiq Zülfüqarov Azərbaycan ilə Avropa Parlamenti (AP) arasında yaranmış gərginliyi və bu proseslərin pərdəarxası məqamlarını təhlil edib. Diplomatın qənaətinə görə, baş verənlər təsadüf deyil və birbaşa Fransanın bölgədəki uğursuz siyasətindən qaynaqlanır.

T.Zülfüqarov qeyd edir ki, Avropa Parlamenti hazırda fransız bürokratların tam nəzarəti altındadır.

Diplomatın sözlərinə görə, bu, AP-yə deputat seçimi əslində bir "seleksiya" prosesidir və bu işi Fransanın Aİ ölkələrindəki səfirlikləri həyata keçirir: "Bu seçkilər yerli səsvermələrlə paralel keçirilir və tamamilə formal xarakter daşıyır. Səfirlik işçiləri, mahiyyət etibarilə, 600-dən çox “xoşbəxti” aylıq 30 min avrodan çox maaş və imtiyazlarla mükafatlandırırlar. Onların yeganə vəzifəsi isə vaxtında, “dirijorun” əmri ilə lazımi düyməni sıxmaq və ya əl qaldırmaqdır. Fransa bu yolla ümumavropa büdcəsi hesabına Aİ-nin icraedici strukturlarına təzyiq imkanı qazanır”.

Təhlildə vurğulanır ki, Fransa Prezidenti Emmanuel Makronun İrəvan səfəri öncəsi Azərbaycan əleyhinə absurd qətnamənin qəbuluna rəvac verməsi təsadüfi deyil. Bu, Bakı ilə İrəvan arasındakı sülh gündəminə qəsdən vurulan zərbədir.

“Səbəb isə sadədir: Fransa və onun dominantlıq etdiyi Aİ regiondakı qlobal layihələrdən kənarda qalıb. "Brexit"dən sonra Aİ-də hegemonluq edən Fransa, Cənubi Qafqazın Avrasiyanın “Suez kanalı”na çevrilməsindən kənarda qaldı. TRIPP layihəsi, Orta Dəhliz (Trans-Xəzər dəhlizi) və digər strateji təşəbbüslər Makronun ambisiyalarına ciddi zərbə vurur. Bu zərbə, hətta Trampın onun xanımı barədə etdiyi acı zarafatdan da ağrılıdır", – deyə sabiq nazir bildirir.

Diplomat hesab edir ki, Azərbaycan Milli Məclisinin son qərarları Bakının Avropa Parlamentini artıq bir təzyiq aləti kimi ciddiyə almadığının göstəricisidir: "Milli Məclisin mövqeyi o deməkdir ki, Avropa Parlamenti kimi təzyiq rıçaqları və zəifləməkdə olan Fransanın “yumşaq güc” cəhdləri bizim üçün əhəmiyyətsizdir. Bir sözlə: Bizə nə etməli olduğumuzu məsləhət görməyin ki, biz də sizin hara getməli olduğunuzu deməyək".

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
azpolitika.info

1Mənbələr