İspaniya La Liqasının 34-cü turunda "Real Madrid" səfərdə "Espanyol" üzərində qələbə qazanıb - 0:2.
Teleqraf xəbər verir ki, Madrid klubunun fransalı müdafiəçisi Ferland Mendi qarşılaşma zamanı zədələnib.
Futbolçu matçın ilk hissəsinin 14-cü dəqiqəsində ağrılar səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.
İspaniya mediasının məlumatına görə, Mendiyə əzələ zədəsi diaqnozu qoyulub.
Mendi cari mövsümdə indiyədək cəmi 9 oyunda meydana çıxıb.