AZ

Azərbaycanda 3 nəfər dəm qazından boğuldu

Azərbaycanda 3 nəfər dəm qazından boğularaq ölüb.
 
Moderator.az xəbər verir ki, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Qalib Adil oğlu Mirzəyev, Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Rafayel Mirzə oğlu Hüseynov və Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Mansır Behbud oğlu Bayramov yaşadıqları evlərin hamam otaqlarında ölüblər. Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.
 
Araşdırma aparılır. 
 
Seçilən
11
1
moderator.az

2Mənbələr