AZ

İran: Hörmüz boğazından keçid Tehranla razılaşdırılmalıdır​​​​​​​

İran:

İran Silahlı Qüvvələri Hörmüz boğazına nəzarəti davam etdirir və bütün gəmiləri Tehranla razılaşdırmadan buradan keçməkdən çəkinməyə çağırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı Əli Abdullahi bəyanat verib.

"Biz bütün gücümüzlə Hörmüz boğazının təhlükəsizliyini təmin edirik və vəziyyəti idarə edirik. Bütün ticarət gəmilərini və neft tankerlərini Hörmüz boğazında yerləşən silahlı qüvvələrlə koordinasiya yaratmadan hər hansı keçid fəaliyyətindən çəkinməyə çağırırıq ki, onların təhlükəsizliyi risk altına düşməsin", — deyə İran dövlət teleradio şirkəti onun sözlərindən sitat gətirib.

Abdullahi xəbərdarlıq edib ki, hər hansı xarici silahlı qüvvələr, xüsusən də ABŞ ordusu Hörmüz boğazına yaxınlaşmaq və ya daxil olmaq istəsə, zərbələrə məruz qalacaqlar.

Məryəm Quliyeva

Seçilən
26
1
xalqcebhesi.az

2Mənbələr