AZ

Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı: BƏƏ sahillərində neft tankerinə sursat dəyib

Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı: BƏƏ sahillərində neft tankerinə sursat dəyib

Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı (UKMTO) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində, Hörmüz boğazında bir neft tankerinə sursat dəydiyini elan edib.

AFN.az xəbər verir ki, UKMTO-dan verilən açıqlamada BƏƏ-nin Fuceyra şəhərindən təxminən 145 kilometr şimalda (78 dəniz mili) bir neft tankerinə naməlum sursatın dəydiyi barədə məlumat daxil olduğu bildirilib.

Heyət üzvlərinin təhlükəsizlikdə olduğu qeyd edilən açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı vurğulanıb. Bölgədəki gəmilərə diqqətli hərəkət etmələri barədə çağırış edilib və şübhəli fəaliyyətlər haqqında məlumat verilməsi tövsiyə olunub.

Seçilən
16
afn.az

1Mənbələr