Niderland Erediviziyasında 32-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi "Volendam" öz meydanında "Herenven"lə qarşılaşıb.
Oyun meydan sahibləriniın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Kökçü oyuna start heyətində başlayıb və 51-ci dəqiqədə əvəzlənib.
Hazırda "Volendam" turnir cədvəlində 28 xalla 16-cı yerdədir.