AZ

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? ARAŞDIRMA

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında May ayı gəldi, amma Hörmüz boğazının nə dərdi qutardı, nə də hələ onun dərdinə əlac etmək planı ortaya qoyulmadı. İran nə gücü qalıbsa, ikiəlli yapışıb Hörmüzün xirtdəyindən. İstəyidə odur ki, ya mən deyənlə razılaşın, ya da başqa yol yoxdu. Dünya da gözünü tikib Ağ Evə. Onun sahibinin nə deməsini isə çoxları artıq anlamır. İranı Ukrayna ilə qarışdıran Tramp vaxtı ilə huşsuzluğuna görə Co Baydenə lağ edirdi, indi özü onun kimi danışır.

 

MÖVZU İLƏ BAĞLI:Ən çox məhsul satdığımız ölkələr – SİYAHI

Qlobal bazarlarBelə bir şəraitdə bazar iştirakçıları anlayırlar ki, borunun sonundan işığın görünməsi hələ ki, məchul bir məsələdi və anlamadıqları çox şeylər var. Nəticədə neft bu həftə həm böyük sürətlə həm üzüyuxarı qalxdı, həm də qısa anda o sürətlə də eniş etdi. Lap Trampın çıxışlarından sonrakı tramplin effektini xatırlatdı.Aprelin 29-da London Əmtəə Birjasında Brent markalı neft gün ərzində 11,42 dollar artım nümayiş etdirdi və səhəri gün isə 126 dollar 39 sentə qədər yüksələndən sonra hərraclar bağlanarkən artıq 114 dollar 9 sentə satıldı. Cümə günü hərraclar bağlanarkən isə Brent markalı neft artıq 108 dollara satıldı. Neft bazarı 2022-ci ilin Rusiya – Ukrayna müharibəsi başlayandan sonra belə çaş-başlıqla üzləşməmişdi. Çünki həftə ərzində bir-biri ilə uzlaşmayan elə diametral mövqedə olan siyasi bəyanatlar verilir ki, neft də ona uyğun dəyərə minir. 59 il OPEK-də olan ölkənin qaçışıHələ bu harasıdır? Bir də qəfil xəbər gəldi ki, bəs mayın 1-dən BƏƏ neft ixrac edən ölkələr təşkilatını tərk edir. Norveçin enerji bazarları üzrə ixtisaslaşan “Rystad Energy” konsaltinq şirkətinin qiymətləndirməsinə görə, bu addım Əbu-Dabinin hasilat güclərini artırmaq ambisiyaları ilə kvotaların kollektiv idarə olunmasının əlaqəli məhdudiyyətlər arasında uzun illər davam edən gərginliyin nəticəsidir.

 

Heç son zamanlar BƏƏ-nin OPEK-də birinci skripka rolunda çıxış edən Səudiyyə ilə də münasibətləri hamar deyildi. Bu, həmçinin bazar iştirakçılarında indinin deyil, post İran müharibəsi zamanında qarşıya çıxacaq mümkün mürəkkəb vəziyyətin anonsudur. Çünki OPEK sadəcə bir sanballı ehtiyata malik üzvünü itirmir, neft karteli həmçinin bazara təsir edə biləcək, onu təmziləmək imkanlarını əlindən buraxır.

Çexiya ilə neft üzərində qurulan ticarətYola saldığımız həftə aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda ikitərəfli əlaqələrin inkişafına yönələn məsələlərdən danışılarkən enerji əməkdaşlığının genişləndirilməsi yenə də ön planda oldu.Ölkə liderlərinin bu haqda fikirlərinin təhlilinə keçməzdən öncə oxucuların diqqətinə Azərbaycanla Çexiya arasındakı iqtisadi əlaqələri və bunun içərisində enerji faktorunun rolunu çatdırmaq istərdim. 2025-ci ilin yekunlarına görə, Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi  814,7 milyon dollar təşkil edib ki, bunun da 744,8 milyon dolları Azərbaycanın payına düşüb. Bəs Azərbaycan Çexiyaya nə ixrac edib? Xam neft. Özü də bizim ixracın 99,64%-ni “qara qızıl” təşkil edib. Cari ilin yanvar-fevral atlarında da ona bənzər mənzərə olub. Neft və kiçik bir həcmdə aviasiya yanacağı ticarət dövriyyəsinin 98,76%-ni təşkil edibÇexiyanın qaz sevdasıElə biznes forumda çıxış edən Azərbaycan Prezidenti də bu məqama toxunaraq vurğulayıb ki, “Biz ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq”. Və əlavə edib ki, “biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını da geniş şəkildə müzakirə etdik”.

 

Qeyd edim ki, Çexiya özünün idxal etdiyi neftin 42 faizini Azərbaycandan alır və ölkəmiz Çexiya bazarının neftlə tədarükündə birinci ölkə statusundadır.

Çexiya Baş naziri Andrey Babişin açıqlamasından aydın olur ki, nümayəndə heyətinin tərkibində ölkəsinin ən böyük qaz paylayıcı şirkəti ilə gəlib və rəsmi Bakı ilə uzunmüddətli qaz əməkdaşlığını müzakirə etmək niyyətindədir. Andrey Babiş çıxışına diqqət etsək, görərik ki, Azərbaycanın qaz layihələrini diqqətlə izləyir və “Abşeron” yatağının növbəti mərhələsi üzrə çıxarılması 2029-cu ilə planlaşdırılan həcmlərdən də xəbəri var.Bu baxımdan da diplomatikcəsinə bildirir ki, bizim bu məsələyə çox böyük marağımız var və vurğulayır ki, “hər ikimiz etibarlı tərəfdaş olduğumuzu bilirik və bizim əməkdaşlığımız qarşılıqlı hörmətə və etibara əsaslanır”. Yəni bu bəyanatın açması odur ki, biz qazı almağa da, onun pulunu vaxtlı-vaxtında da ödəməyə də hazırıq. Təki enerji təhlükəsizliyi məsələlərimizdə neftlə olduğu kimi, mavi yanacaq məsələsində də rəsmi Praqaya dayaq durun.Maraqlı bir məqam da ondan ibarətdir ki, Çexiya mediası ölkələrinin sənaye və ticarət naziri Karel Havliçekə istinadən bildiriblər ki, rəsmi Praqa Azərbaycandan ildə 2 mlrd kubmetr qaz almaq niyyətindədir və tədarükün 2028-2029-cu illərdə başlamasına ümid edir. "Razılaşma hələ imzalanmayıb, lakin müqavilə artıq razılaşdırılıb və hazırlığın irəliləmiş mərhələsindədir", - deyə çexiyalı nazir vurğulayıb.Bəs Azərbaycan Çexiyaya texniki baxımdan qazı çatdıra bilərmi? Bəli, bu mümkündür. Bunun üçün Cənub Qaz Dəhlizi ilə mavi yanacaq Avropa ölkələrindən birinə çatdırılır, sonra isə mövcud birləşdirici kəmərlərin köməyi ilə qazın Çexiyadakı istehlakçılara çatdırılması həyata keçirilir. Bəs Azərbaycan deyilən müddətə əlavə qaz resurslarına malik olacaqmı? Yuxarıda qeyd etdiyimiz kimi, 2029-cu ilin sentyabrında mövcud qrafikə görə, “Abşeron” yatağının növbəti mərhələsi çərçivəsində ilk qazın çıxarılması planlaşdırılır. Artıq növbəti il “Abşeron”dan ildə 4,5 mırd kubmetr qazın əldə edilməsi gözlənilir.Bu çıxarılacaq qazın tən yarısını, yəni 2,25 mlrd kubmetrini uzunmüddətli müqavilə əsasında Türkiyə Azərbaycandan alacaq. Bununla bağlı hələ cari ilin əvvəlində Türkiyə təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib. Demək, ikinci yarısı hələ qalır. Düzdür, Avropada Azərbaycan qazını almaq üçün rəsmi Bakı ilə sövdələşmək istəyən ölkələr də az deyil. Çox güman ki, Azərbaycana səfəri gözlənilən İtaliyanın Baş naziri Corcia Meloni də bu məsələdə bizim qaza olan əlavə istəklərinə də toxunacaq.        Azərbaycanın qaz qazancıDövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin I rübündə Azərbaycan bəyan edilmiş sənədlər əsasında 6 mlrd 257 mln kubmetr qaz ixrac edib ki, bunun da gəliri 1 mlrd 883,2 milyon dollar təşkil edib. Yəni ötən ilin eyni dövrü ilə müqayisə etsək, fiziki həcmdə qazın ixracı 6,1% artsa da, dəyər ifadəsində gəlirlər 14,6% azalıb. Bu statistikadan çıxış etsək, görərik ki, Azərbaycan özünün xarici bazarlarda mavi yanacağının min kubmetrini orta hesabla 300 dollar 97 sentdən satıb, yəni 19,5% azalıb. Qaz ixracı I rübün yekunlarına görə, neftdən sonra ikinci əsas gəlir mənbəyi kimi Azərbaycanın ümumi ixrac gəlirlərinin 34,86%-ni təşkil edib.

 

Qeyd edim ki, Azərbaycan cari ilin ilk rübündə qazın 46%-ni Avropa bazarına ixrac edib və Avropa bazarlarında da qazın orta qiyməti İran münaqişəsinə qədər ortalama 350 dollara satılmışdısa, artıq martda 500 dollara qədər artıb. Bu baxımdan da gözləyə bilərik ki, artıq 4 ayın yekununda Azərbaycan qazının ixrac qiymətləri kifayət qədər yüksələcək.

Qaz nəqlinin gətirdiyi gəlirlərAzərbaycan təkcə qaz satışından gəlir əldə etmir, həmçinin onun nəqlindən də qazancı var.Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin fəaliyyətindən gəlirləri 2025-ci ildə 2 milyard 792 milyon 970 min manat təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il 2024-cü illə müqayisədə magistral qaz kəmərləri üzrə gəlirlər 3,2% artıb. Bu dövrdə magistral qaz kəmərləri ilə 40 milyard 265,2 milyon kubmetr qaz nəql edilib. Nəql edilən ümumi həcmin 57,5%-i və ya 23 mlrd 152,5 milyon kubmetri Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.Gəlin hesablayaq görək, Azərbaycan ərazisində Cənub Qafqaz Boru kəməri ölkəyə nə qədər qazanc gətirib. Azərbaycanda magistral qaz kəmərləri ilə qazın nəqli və satışı tarifləri dövlət tərəfindən tənzimlənir və bu sahədə tənzimləyici Azərbaycan Respublikasının Enerji Məsələlərini Tənzimləmə Agentliyidir.2026-cı ilin yanvarından etibarən qüvvəyə minən yeni "Qaz təchizatı haqqında" qanun çərçivəsində 1000 kubmetr qazın nəqli magistral kəmərlərlə 20 manatdır. Bu hesabla məlum olur ki, yerli magistral qaz kəmərləri ilə nəqldən gələn gəlir 342 mln 194,2 min manat təşkil edir.Onda bu vəsaiti ümumi magistral kəmərlərin gətirdiyi gəlirdən çıxsaq əldə edirik ki,  Cənub Qafqaz Boru Kəmərinin qazancı 2 mlrd 450,8 mln manat təşkil edib. Yəni hər 1000 kubmetr qazın Cənub Qafqaz Boru kəməri ilə nəqlindən əldə edən qazanc 100 manat 85 qəpik olur. Daha doğrusu burada qazanc dövlətə məxsus magistral qaz kəmərlərinin nəqlindən 5 dəfə çoxdur. 

 

Amma elə bilməyin ki, bütün bu əldə edilən gəlir Azərbaycanın qazancıdır. Yox, əsla belə deyil. Çünki Cənub Qafqaz Boru Kəmərinin 5 səhmdarı var. Əgər onların paylarına diqqət yertirsək, görərik ki, Azərbaycanı təmsil edən “Cənub Qaz Dəhlizi” QSC-ə 21,02% pay düşür. bp şirkətinin məlumatına görə, ötən il Cənub Qafqaz Boru Kəməri üzrə ümumi xərclər 109 milyon dollar olub. Demək, boru kəmərinin fəaliyyətindən ümumilikdə mənfəət 2,6 mlrd manatdan bir qədər çox olub ki, bunun da Azərbaycana çatan hissəsi 548 mln manat təşkil edib.

Həmin vəsaitdən də müəyyən öhdəliklər, yəni kredit ödənişləri edilir. Ona görə də reallıqda ələ gələn mənfəət heç də çox deyil. İkinci bir tərəfdən bu QSC-in 49% payı Azərbaycanın İqtisadiyyat Nazirliyinə, 51%-i isə SOCAR-a məxsusdur. Yəni gələn son qazanc burda da bölünür. Bu qazın gətirdiyi mənfəətin niyə sonda neftdən bu qədər az olduğunu göstərir.Bu həftə ölkəmizin enerji sektorunda təbii qazın energetika sektorunda istifadəsinin azaldılması və istehsal edilmiş elektrikin ötürlmə və paylanma zamanı itkilərini aşağı salmaq yönümündə həyata keçiriləcək böyük bir layihənin detalları məlum olub. Elektrik enerjisi infrastrukturunun yenilənməsi"AzərEnerji" ASC-nin Dünya Bankının saytında dərc olunmuş planına əsasən, "Azərbaycan İES" və "Nəvahi" yarımstansiyalarını birləşdirəcək təkdövrəli 500 kV hava elektrik verilişi xəttinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. Qrafikə əsasən, tikinti işlərinin 2026-cı ilin ikinci rübündə başlanması, 2027-ci ilin sonunda isə başa çatdırılması nəzərdə tutulub.Bu işlər Azərbaycanın enerji təhlükəsizliyinin artırılmasına və enerjinin dayanıqlı idarə olunması məqsədlərinə nail olunmasına yönəlmiş AZURE layihəsi çərçivəsində nəzərdə tutulub.Yəni Azərbaycan daim enerji infrastrukturunu yeniləyir ki, gələcəkdə həm daxili bazarında manevr imkanları artsın, həm də xaricə stabil enerji ixracı ilə bağlı hansısa problemlələ üzləşməsin.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

2Mənbələr