AZ

Teymur Musayev: İslahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini zəruri edir

Bakı, 4 may, AZƏRTAC

Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb. İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” II beynəlxalq konfransda çıxış edərkən deyib.

Nazir bildirib ki, qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib: "Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunması olmaqla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir".

Müxbir - Günel Türksoy
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Tağıyev

 

Seçilən
11
1
azertag.az

2Mənbələr