AZ

Kruiz gəmisində virus aşkarlandı Ölənlər var

ain.az, Unikal.az saytına istinadən bildirir.

Niderland şirkəti "Oceanwide Expeditions"ə məxsus "MV Hondius" kruiz layneri Atlantik okeanı üzərindən keçid zamanı fövqəladə vəziyyətlə üzləşib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  150 sərnişinlə təxminən üç həftə əvvəl Argentinanın Ushuaia şəhərindən yola çıxan gəmidə virus aşkarlanıb. 

Səfər zamanı sərnişinlərin bir hissəsində ağır tənəffüs xəstəliyinin əlamətləri müşahidə olunmağa başlayıb.

Altı nəfər həkim nəzarətinə götürülüb və onların bəzilərinin vəziyyəti sürətlə pisləşib. Məlumata görə, altı zərərçəkəndən üçü həyatını itirib, bir nəfər isə hazırda South Africa-da reanimasiyadadır.

Laborator nəticələrə əsasən yalnız bir nəfərdə Hantavirus infeksiyası təsdiqlənib, digər xəstələr üzrə diaqnoz dəqiqləşdirilir. Niderland Xarici İşlər Nazirliyinin nümayəndəsi iki ölkə vətəndaşının öldüyünü təsdiqləyib, lakin əlavə detalları açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
2
unikal.az

2Mənbələr