Mayın 12–13-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş badminton turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Badminton Federasiyası yayıb.
2012–2013-cü il təvəllüdlü idmançılar (U-15) arasında təşkil olunacaq yarış Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
