AZ

Ermənistanda Belçika Krallığının səfirliyi açıldı

BAKI, 4 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan və belçikalı həmkarı Bart de Vever Yerevanda Belçika səfirliyinin rəsmi açılış mərasimində iştirak ediblər.

Teleqraf Ermənistan KİV-inə istinadən xəbər verir ki, tədbir çərçivəsində hər iki ölkənin hökumət başçıları salamlama nitqi ilə çıxış ediblər.

Nikol Paşinyan çıxışında səfirliyin açılmasını ölkələr arasındakı münasibətlərin inkişafının göstəricisi kimi qiymətləndirib. O, Belçikanın Ermənistanda demokratik institutların gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlıq prosesində göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Bart de Vever isə öz növbəsində bu hadisəni tarixi məqam adlandırıb. O qeyd edib ki, Belçikada yaşayan böyük erməni icması iki ölkə arasında canlı körpü rolunu oynayır. O vurğulayıb ki, yeni açılan diplomatik nümayəndəlik təkcə rəmzi xarakter daşımır, həm də biznes, innovasiya, texnologiya və elmi mübadilə sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr