İrəvana gedən İspaniya Baş nazirinin təyyarəsi Ankarada təcili eniş edib. Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziya kanalı məlumat verib.
NTV-nin məlumatına görə, "Madriddən İrəvana gedən İspaniya Baş naziri Pedro Sançezin təyyarəsi texniki nasazlıq səbəbindən Ankarada təcili eniş edib".
Sançes 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak etmək üçün İrəvana gedirdi.
Almaz Həsənli