AZ

Tünzalə Ağayeva “Bakı Marafonu–2026”da

Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu–2026”da iştirak edib.

Publika.az xəbər verir ki, pop ulduz tədbiri açıq elan edib.

Xüsusi olaraq marafona hazırlaşan şou-biznesin əfsanəsi Tünzalə Ağayeva eksklüziv mahnı təqdim edib.

“Yenidən başlayaq” mahnısı hələ rəqəmsal platformalarda yer almasa da marafon iştirakçıları tərəfindən böyük maraqla qarşılanılıb.

Qeyd edək ki, yeni mahnı mayın 8-də rəsmi platformalarında təqdim olunacaq.Bununla yanaşı müğənni “Görüşək” hitini də səsləndirib.

Seçilən
14
2
publika.az

3Mənbələr