AZ

Türkiyədə ölən azərbaycanlı bu universitetin tələbəsi imiş FOTO

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyədə təhsil alan azərbaycanlı tələbə Rüstəmov Əli Rüfət oğlu dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, tələbə Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Belə ki, Qarsda, Qafqaz Universiteti qovşağında sürücü idarəetməni itirdikdən sonra nəqliyyat vasitəsi aşıb. Avtomobil yaşayış binasının hasarına çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Həkimlər azərbaycanlı tələbənin həyatını xilas edə bilməyiblər. Sürücünün müalicəsi isə davam etdirilir. 

Hadisə ilə bağlı araşdırma başlanıb.

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
unikal.az

1Mənbələr