AZ

Mərhum sədr Rasim Balayevdən sonra ilk iclas KEÇİRİLƏCƏK

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AKİ-dən bildirilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
10
news.milli.az

10Mənbələr