AZ

Birinci siniflərə müsahibəyə yazılma bu tarixdə başa çatır

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

18 may 2026-cı il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbul üzrə müsahibəyə yazılma mərhələsi başa çatacaq.

Bu barədə Modern.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat verilib.

Məlumata görə, 12-26 may tarixləri arasında dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbul üzrə müsahibələrin keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 6 may 2026-cı il saat 11:00-dan etibarən həmin istiqamət üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş və olunmamış uşaqların müvafiq dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması üçün təşkil edilən müsahibəyə qeydiyyat açılacaq.

Eyni zamanda bildirilib ki, 14 may-3 iyun tarixləri ərzində bu müsahibələrin nəticələrindən narazı qalan valideynlərin müraciətlərinə baxılması prosesi həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
modern.az

1Mənbələr