AZ

Astronomlar 27 yeni potensial planet kəşf edib

Astronomlar 27 yeni potensial planet kəşf edib

Astronomlar "Ulduz müharibələri" filmindəki Lyuk Skayuolkerin doğma dünyası olan "Tatuin" kimi iki ulduzun ətrafında dövr edən 27 yeni potensial planet aşkar ediblər.

AFN.az xəbər verir ki, "Ulduz müharibələri günü" kimi tanınan 4 may tarixində yayımlanan araşdırmaya görə, elm adamları "apsidal irəliləmə" (apsidal precession) adlanan yeni üsuldan istifadə edərək, bir-birinin ətrafında fırlanan və tutulmalar yaradan qoşa ulduzlar arasındakı rəqsləri tədqiq ediblər.

NASA-nın "Tranzit Halında olan Ekzoplanet Sorğu Peyki"ndən (TESS) əldə edilən məlumatları təhlil edən tədqiqatçılar iki günəşli olması səbəbindən fantastik "Tatuin" planetinə bənzədilən 27 yeni dünya namizədi müəyyən ediblər. Yer kürəsindən təxminən 650 ilə 18 min işıq ili uzaqlıqda yerləşən bu göy cisimlərinin ölçülərinin Neptunla Yupiterin kütləsindən 10 dəfə böyük olan obyektlər arasında dəyişdiyi müəyyən edilib.

Sidney Yeni Cənubi Uels Universitetinin (UNSW) rəhbərliyi ilə həyata keçirilən tədqiqatın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub. Mütəxəssislər bu yeni metodun gələcəkdə on minlərlə bənzər planetin tapılmasına imkan yaradacağını və kainatdakı yerimizi daha yaxşı anlamağa kömək edəcəyini vurgulayırlar.

Seçilən
10
afn.az

1Mənbələr