AZ

Paşinyan Bakıya səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcəyinə ümid edir.

Vətəninfo.az xəbər verir ki, o,  bunu İrəvanda “Avropa Siyasi Birliyi”nin sammitində çıxış edərkən bəyan edib.

“Ümid edirəm ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammitində iştirak üçün Azərbaycana səfər etmək imkanım olacaq. Yeri gəlmişkən, Ermənistan və Azərbaycan sammitlərin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib”, – N.Paşinyan qeyd edib.

Onun sözlərinə görə, “Avropa Siyasi Birliyi”nin sammitləri Ermənistan və Türkiyə rəhbərliyinin təmasları üçün mühüm rol oynayıb:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mənim ilk ikitərəfli görüşüm məhz Praqada (2022-ci ilin payızında – ANSPress) “Avropa Siyasi Birliyi”nin ilk sammiti çərçivəsində baş tutub. İndi isə Türkiyənin vitse-prezidenti “Avropa Siyasi Birliyi”nin sammitində iştirak etmək üçün İrəvandadır və Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti olub”.

Seçilən
37
5
veteninfo.az

10Mənbələr