AZ

Rasim Balayevi əvəzləyəcək sədr seçiləcək

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya AKİ-dən bildirilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

Xatırladaq ki, ittifaqın keçmiş sədri Rasim Balayev olub. O, martın 29-u vəfat edib.

 

Seçilən
9
10
heftelik.az

10Mənbələr