AZ

Azərbaycan "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib - İlham Əliyev

Azərbaycan "Avropa Siyasi Birliyi"nin 8-ci sammitinin Ermənistanda keçirilməsini dəstəkləyib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin İrəvanda keçirilən sammitinin iştirakçılarına videomüraciətində bildirib.

Prezidentin sözlərinə görə, Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə görüşündə İrəvanda keçiriləcək sammitin işinə onlayn formatda qoşulacağını bəyan edib:

"İki aydan az bir müddət əvvəl Antonio Koştanın Azərbaycana səfəri zamanı biz mənim sammitdəki iştirakımı müzakirə etdik və ora videobağlantı qoşulacağım barədə razılığa gəldik. Həmçinin bildirmək istərdim ki, bir il əvvəl Tiranada Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşüm zamanı onlar 2026-cı ilin mayında Ermənistanda sammitin təşkili ideyası barədə mənim fikrimi soruşdular. Mən bu təşəbbüsü dəstəklədim və öz növbəmdə, balanslı yanaşmanın qorunub saxlanması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif etdim. Təklif qəbul edildi, buna görə də mən "Avropa Siyasi Birliyi" üzvlərini 2028-ci ilin mayında Azərbaycana səfər etməyə dəvət edirəm.

Yeri gəlmişkən, Ermənistan da bizim namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan və Ermənistan arasında sülhün reallıq təşkil etdiyinin aydın göstəricisidir".

Seçilən
19
missiya.az

1Mənbələr