AZ

Sabah 23 dərəcə isti olacaq

Bakıda mayın 5-də havanın 19, rayonlarda 23 dərəcə isti olacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Seçilən
47
49
publika.az

10Mənbələr