AZ

İran XİN: BƏƏ regiondakı ölkələrdən qisas almaq üçün OPEC-dən çıxdı

BAKI, 4 may. TELEQRAF

ABŞ-İran münaqişəsindən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)qonşu ölkələrdən qisas almaq məqsədilə OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghaei bildirib.

Onun sözlərinə görə, İran tərəfi bu qərardan mediadan məlumat alıb:

"Lakin hesab edirəm ki, region və ya OPEC üzv ölkələrinə qarşı BƏƏ-nin bu mənfi reaksiyası heç də konstruktiv deyil", - deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 1-dən BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı qüvvəyə minib. Bazar günü Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) BƏƏ-nin bu ilin 1 may tarixindən etibarən təşkilatdan çıxdığını elan edib.

ADNOC-un baş direktoru Sultan bin Əhməd Əl-Cabir bildirib ki, BƏƏ-nin təşkilatlardan çıxmaq qərarı dövlətin suveren maraqlarına uyğundur və digər ölkələrə qarşı yönəlməyib.

Seçilən
13
teleqraf.com

1Mənbələr